Tanınmış idmançı Bakıda keçiriləcək dünya çempionatının səfiri elan olunub

Tanınmış idmançı Bakıda keçiriləcək dünya çempionatının səfiri elan olunub

Tanınmış rusiyalı gimnast Yana Batırşina Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatının səfiri elan olunub.

REAL Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən xəbər verir ki, 39 yaşlı veteran gimnastın namizədliyi Beynəlxalq Gimnastika Federasiyası tərəfindən rəsmən təsdiqlənib.

1996-cı il Atlanta Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 5 qat dünya və Avropa çempionu mundialın təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək. Bu proqram çərçivəsində bir sıra tədbirlər və azarkeşlərlə görüş nəzərdə tutulub.

Qeyd edək ki, Y. Batırşina gimnast karyerasını bitirdikdən sonra televiziyada çalışmağa başlayıb. O, 2000-ci ildən etibarən Rusiyanın müxtəlif kanallarında bir sıra verilişlərin aparıcısı olub. Özbəkistan əsilli idmançı Rusiyanın 1-ci kanalında gənclər üçün populyar olan “Do 16 i starşe” proqramında aparıcılıq edib. 2001-ci ildə növbəti iki il idman xəbərlərini aparmaq üçün “Stolitsa” kanalına keçib. O, həmçinin “Sport” telekanalında çalışmaqla yanaşəı, “Fort Boyard” şousuna qatılıb, “Narodny artist” musiqi şousunda aparıcı qismində çıxış edib. Batırşina “Karusel” uşaq telekanalında “Odin protix vsex” proqramının aparacılığını edib. O, 2014-cü il Vankuver Qış Olimpiya Oyunları zamanı “Sport Plyus” kanalının xüsusi Olimpiya kanalında da çalışıb.

Y.Batırşina “Parni iz Baku” (Bakılı oğlanlar) Şən və Hazırcavablar Klubunun sabiq üzvü, NTV kanalının baş prodüseri Timur Vaynşteyn ilə ailəlidir. Onların Maryam və Ayla adında iki qızı və ötən ilin fevralında doğulmuş Leonid adlı bir oğulları var.

Digər xəbərlər
Dünən
23 Mart

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə