Bank hesablarını onlayn açmaq mümkün olacaq

Bank hesablarını onlayn açmaq mümkün olacaq

Azərbaycanda bank hesablarının açılmasında video-identifikasiya sistemi tətbiq olunacaq.

ONA-nın məlumatına görə, bunu “İnnovativ sahibkarlıqda “Blockchain” texnologiyasının tətbiqi üzrə seminar”da çıxış edən Azərbaycan Mərkəzi Bankının İnformasiya texnologiyalarının inkişafı şöbəsinin mütəxəssisi Sahib Həsənov deyib.

Onun sözlərinə görə, hazırda hesabların açılması qaydasında məsafədən hesabların açılması nəzərdə tutulmayıb.

"Maliyyə Bazarlarına Nəzarəti Palatası tərəfindən yeni qaydalar hazırlanır və bu qaydalarda artıq belə imkan nəzərdə tutulub. Müştərilər video-identifikasiya vasitəsilə hesabları onlayn aça bilcəklər. Bu funksional bizim sistemdə tətbiq olunacaq", - deyə S. Həsənov qeyd edib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə