İlham Əliyev Boyko Borisov ilə görüşdü

İlham Əliyev Boyko Borisov ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisov ilə görüşüb.

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Boyko Borisovun VII Qlobal Bakı Forumunun işində iştirakını yüksək qiymətləndirib. Dövlət başçısı Boyko Borisovun ötən il Azərbaycana səfərlərini xatırlayaraq, bu səfərlərin ölkələrimiz arasındakı münasibətlərə yaxşı töhfə verdiyini, bu gün əlaqələrimizin dinamik inkişaf etdiyini vurğulayıb. Bildirib ki, bu gün bizim yaxşı siyasi əməkdaşlıq potensialımız mövcuddur. Prezident İlham Əliyev Bolqarıstanın və Azərbaycanın hər zaman bir-birini dəstəklədiyini deyib.

Azərbaycan dövlətinin başçısı Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında Bolqarıstanın da iştirak etdiyini və ümumi işə töhfəsini qeyd edib. Prezident İlham Əliyev hər iki tərəfin yüksək səviyyəli nümayəndələrinin qarşılıqlı səfərlər həyata keçirdiyini və bu səfərlərin əlaqələrin inkişafına təkan olduğunu vurğulayıb. İqtisadi sahədə də Azərbaycanla Bolqarıstan arasında yaxşı potensialın olduğunu deyən dövlət başçısı Bolqarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə dəstəyini yüksək qiymətləndirib.

Bolqarıstanın Baş naziri Boyko Borisov ölkələrimiz arasında dostluq münasibətlərindən danışaraq dünyada sülhə, anlaşmaya istiqamətlənən VII Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayıb və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, SOCAR-ın Bolqarıstandakı fəaliyyəti barədə də məlumat verilib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə