Miqrasiya Xidmətinin “qan qardaşlığı” - VİDEO, FOTOLAR

Miqrasiya Xidmətinin “qan qardaşlığı” - VİDEO, FOTOLAR

Bu gün Dövlət Miqrasiya Xidmətinin (DMX) mərkəzi aparatında Xidmətin yaradılmasının 12-ci ildünümü, miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində qanvermə aksiyası keçirilib.

REAL xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət proqramına uyğun olaraq təşkil edilən aksiyada Dövlət Miqrasiya Xidmətinin 170 əməkdaşı iştirak edib.

Aksiyanın məqsədi talassemiya və digər irsi qan xəsətəliyindən əziyyət çəkən insanlara, xüsusən uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Qeyd edək ki, Bahadur Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitunun Mərkəzi Qan bankının xüsusi tibb briqadasının həkim homotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər.

Götürülən qan nümunələri labaratoriyada müayinə edildikdən sonra aidiyyatı üzrə istifadə olunacaq

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə