Türk dünyasında qadın (VİDEO)

Türk dünyasında qadın (VİDEO)
Azərbaycan qadınları İstanbul konfransında

İstanbulda Bayrampaşa bələdiyyəsində təşkil edilən konfransda REAL TV-nin iştirakı sırf təsadüfdən idi. Amma düz deyiblər, təsadüflər də mütləq zərurətlərdən doğur.

Bir zərurət imkan verdi ki, Türk dünyasında qadın mövzusunu elə türk dünyasının qadınlarının arasında qeyd edək. Kimlər yoxdu bu konfransda? Balkanlardan, Qazaxıstandan, Şimali Kiprdən, Əfqanıstandan, Çuvaşıstandan, bir sözlə türklərin dünya boyu səpələndiyi bir sıra ölkələrdən çoxlu sayda iştirakçılar vardı. 

Azərbaycanı isə bu tədbirdə millət vəkili Qənirə Paşayeva və Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə təmsil edirdi. 

Təşkilatçı Bultürk idi, yəni Bulqarıstan Türklərinin Kültür və Xidmət Dərnəyi .

Bu konfrans türk dünyası qadınlarının problemlərinə diqqət baxımından çox əhəmiyyətli idi. Mən bu konfransda Azərbaycan qadınını bir addım qabaqda gördüm. Həmişə öndə, türk qadını!

Digər xəbərlər
Dünən
23 Mart

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə