Mir Şahinin vaxtı (VİDEO)

Mir Şahinin vaxtı (VİDEO)

...Prezidentin humanizmi cəmiyyəti sürətlə dəyişməyə hesablanır. Birinci vitse-prezident institutu dövlət siyasətinə bir xüsusi məlahət, zəriflik, qadın lətifliyi, özünəməxsus yanımcıllıq, lütfkarlıq  əlavə edib. Bu gün cəmiyyətin humanistləşməsində Mehriban Əliyeva faktorunun öz rolu var. Amma bu o demək deyil ki, keçmiş məhbuslar İlham Əliyevin mərhəmət hissindən sui-istifadə edib yenidən dövlətə meydan oxuyacaqlar. Və dövlət də sakit-sakit dayanıb göydə ulduz sayacaq. Həbsdən azad edilənlər vətəndaşlıqdan da azad edilmirlər. Onların hər biri dövlətin qanunları qarşısında məsuliyyət daşıyırlar. DAŞIMALIDIRLAR.

Prezidentin humanist üzünü qaşqabağa, dövlətin əfv addımlarını cəza addımlarına çevirməyə təşəbbüs etmək antiazərbaycan mövqeyi kimi qiymətləndirilməlidir. Bu baxımdan hətta Emin Milli kimi düşünənlərin də ürəyincə olan əfv sərəncamını ümummilli barış ovqatının ziyanına təfsir etmək yumşaq desək cinayətə bərabərdir. Keçmiş səhiyyə naziri Əli İnsanovun, Əli Kərimlinin müavini Gözəl Bayramlının, Nida hərəkatının üzvlərinin, bəzi dini-siyasi fəalların azadlığa buraxılması onları həm də yeni dünya şüuruna operativ uğunlaşmaq şansıdır. İstənilən yaşda öyrənmək olar və lazımdır.

İndi isə xüsusi bir detal barədə. Artıq neçənci dəfədir ki, müşahidə edirəm. Prezident kimisə əfv edir, adam həbsdən çıxır və azadlığın eyforiyasını yaşayan bu şəxsə qızışdırıcı suallar verilir, onun real vəziyyətdən xəbərsiz mənəvi vücudunu skvaznyaka buraxıb soyuğa verirlər. Əlbəttə, kimi kimə nə deməsi, necə deməsi, nə arzulaması, nə tələb etməsi mənim maraq zonama daxil deyil. Amma bir həmkar, bir soydaş kimi təklif edərdim ki, əfv sərəncamlarıyla ehtiyatlı, incə davransınlar. Azadlığının ilk dəqiqələrində, hələ soyuq ağlın yox, isti emosiyaların hökmü altında olan bu immuniteti zəifləmiş azadlıq pasientlərini virusdan, mikrobdan qorusunlar. Onları zibilə salmasınlar.

Prezidentin humanist, insanpərvər və qarşılıqlı etimada hesablanan addımlarını dürüst qiymətləndirməkdə yenidən doğulmuşlara kömək etsinlər. Ay “mitinqə çıxdıq kredit məsələsi həll edildi”, “mitinqə çıxdıq, təqaüd artdı”, “mitinqə çıxdıq azad etdilər” kimi cəfəng iddialarla bu binəvaları çaşdırmasınlar. Səbəb dürüst izah edilməyəndə nəticə də yanlış olur. İnsanlara nəməkbəharamlıq aşılamayın. Onlara təşəkkür edə bilmək tərbiyəsi, minnətdar olmaq əxlaqı verin. Yoxsa artıq görünür ki, bağışlanan tərəfə mənsub kimlərsə özünü heç də əfvə layiq aparmır, Rəhim Qaziyevlik edirlər. Heç kimin bayram ovqatını korlamaq istəmir, zindandan evlərinə, yaxınlarının, doğmalarının yanına, ailələrinin başına qayıtmış keçmiş məhkumlara çevik, sağlam vətəndaş bərpası arzilayıram.
İmkanları varsa 7-ci Qlobal Foruma baxsınlar, içlərindəki 1991-ci ildə yatmış saatı yenidən qursunlar,  Dünya və Avropa standartlarına uyğun mövcud olan Azərbaycana çatmağa çalışsınlar. Həmişə olduğu kimi yenə də öz üslubuma sadiq qalaraq hər kəsdən alicənablığa ali cənablıqla cavab verəcəklərini gözləyirəm. Prezidentin cəmiyyətin menyusuna təklif etdiyi milli barış və qarşılıqlı etibar mühitini mümkün etmək üçün bütün tərəflərin çalışacağına ümid bəsləyirəm. Ona görə də Əli Kərimlinin, Sevinc Osmanqızının, Qənimət Zahidin, Qurban Məmmədli və başqalarının bu həssas zamanda özünü necə aparacağını şəxsən monitorinq edəcəyimi bildirirəm.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə