Millimizin sabiq futbolçusu Litva yığmasının baş məşqçisi təyin edilib

Millimizin sabiq futbolçusu Litva yığmasının baş məşqçisi təyin edilib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının sabiq oyunçusu Sahib Məmmədov karyerasını Litvada davam etdirəcək. 

REAL ONA-ya istinadla xəbər verir ki, təmsilçimiz bu ölkənin yığmasının baş məşqçisi təyin olunub.

Bu, Vilnüsdə keçirilən Litva kubokunun startından öncə gerçəkləşib. Yarışa fəxri qonaq kimi dəvət olunan Məmmədovun təqdimat mərasimi keçirilib. 33 yaşlı mütəxəssis millinin baş məşqçisi postunda Neriyus Budratiyusu əvəzləyib.

Qeyd edək ki, S.Məmmədov 2008-2014-cü illərdə çimərlik futbolu üzrə Azərbaycan milli komandasının üzvü olub. O, “Neftçi” və “Bakı” klublarının heyətində altı dəfə ölkə çempionu adını qazanıb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə