OPEC+ monitorinq komitəsinə yeni ölkələr daxil olacaq (VİDEO, YENİLƏNİB)

OPEC+ monitorinq komitəsinə yeni ölkələr daxil olacaq (VİDEO, YENİLƏNİB)
Dünyanın gözlədiyi toplantı başa çatdı

OPEC+ Birgə monitorinq komitəsinin iclası uğurla keçdi. Bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz əl-Falih Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, iclas zamanı bir sıra vacib məsələlər müzakirə olundu:

“Biz yeni üzvlər qəbul etməyi qərara aldıq – İraq, Qazaxıstan, Nigeriya və BƏƏ”.

Onun sözlərinə görə, iclas zamanı bazarın stabilliyinin saxlanması üçün növbəti addımlar müzakirə olunub.

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilib.

 


***14:48

Bu gün Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası başa çatıb.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə