Daha 2 idmançı dopinqdən istifadəyə görə cəzalandırılıb

Daha 2 idmançı dopinqdən istifadəyə görə cəzalandırılıb

Azərbaycanın daha 2 idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.

REAL ONA-ya istinadən xəbər verir ki, bodibildinqçi Mürsəl Kərimov və cüdoçu Maqomed Rizvanov diskvalifikasiyaya məruz qalıb. 

Belə ki, Kərimovdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. Bodibildiqçinin orqanizmində boldenon, boldenon metaboliti və stanozolol metaboliti tapılıb. O, bu səbəbdən 48 ay cəzalandırılıb. Kərimovun diskvalifikasiya müddəti bu il yanvarın 22-dən hesablanacaq. 

Rizvanovdan götürülən dopinq testdə isə drostanolon metaboliti, oksandrolon və oksandrolon metaboliti üzə çıxıb. Cüdoçu da 48 aylıq yarışlardan kənarlaşdırılıb. Onun cəza müddəti 11 yanvar 2023-cü ildə bitəcək. 

Qeyd edək ki, AMADA daha öncə 42 idmançımıza cəza tətbiq edib. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə