Nursultan Nazarbayev istefa verdi

Nursultan Nazarbayev istefa verdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev vəzifəsindən istefa verib.

REAL x\b\r verir ki, bu barədə o, Qazaxıstan telekanalları vasitəsi ilə xalqa müraciətində deyib.

Prezident səlahiyyətlərinin icrası müvəqqəti olaraq Qazaxıstan parlamentinin yuxari palatasının sədri Qasim Comart Tokayev icra edəcək.

“Bugünkü müraciətim xüsusi bir müraciətdir. Bu gün mən özüm üçün asan olmayan bir addım atmaqda Qazaxıstan Respublikasının prezidenti səlahiyyətlərini dayandırmaq barədə qərar vermişəm. Bu il hakimiyyətdə olmağımın 30 ili tamam olur.

Əziz həmvətənlərim, görürük ki, dünya dəyişir. Dünyada həm yeni imkanlar yaranır, həm də yeni texnologiyalar və demoqrafik inkişaf yeni hədəflər və tapşırıqlar yaradır. Hər bir nəsil öz tapşırığını həll etmək məcburiyyətindədir. Və mənim nəslim ölkə üçün hər şey etdik. Nəticələr göz qabağındadır. Dünya dəyişir və yeni nəsillər gəlir. Bu, təbii prosesdir. Onlar öz dövrünün problemlərini həll edəcəklər. Qoy ölkəni daha yaxşı yerə çevirsinlər”, - Nursultan Nazarbayev bildirib.

Nazarbayev çıxışı zamanı istefası ilə bağlı sərəncamın imzalandığı gündən qüvvəyə minəcəyini deyib: “Bu mənim prezident olaraq sonuncu sərəncamımdır. Mən bütün qazaxıstanlılara, hər bir ailəyə, vətəndaşa, səmimi qəlbdən xoşbəxtlik və firavanlıq arzulayıram. Uşaqlarınızı böyütməyinizi, dinc həyat yaşamağınızı arzulayır və gözəl gələcəyimizə inanmağınızı arzu edirəm. Bir daha təşəkkür edirəm”. 

Qeyd edək ki, ekspertlər Nazarbayevin istefasını onun yaşı ilə əlaqələndiriblər.

O, 1990-cı ildən etibarən Qazaxıstana rəhbərlik edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə