Zakir Həsənov Pakistana gedəcək

Zakir Həsənov Pakistana gedəcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 21-də Pakistan İslam Respublikasına rəsmi səfərə gedəcək.

Müdafiə Nazirliyindən REAL-a verilən məlumata görə, səfər çərçivəsində Pakistanın dövlət rəhbərliyi, hərbi və digər strukturlarının rəsmiləri ilə keçiriləcək görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Bununla yanaşı, general-polkovnik Z.Həsənov martın 23-də Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi paradda fəxri qonaq qismində iştirak edəcək.

Bir çox dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə