Qar uçqununa düşən hərbçilərin axtarışı davam etdirilir

Qar uçqununa düşən hərbçilərin axtarışı davam etdirilir
 Axtarışlara xüsusi texnika cəlb edilib

Qar uçqununa düşən Azərbaycan ordusunun iki hərbi qulluqçusunun axtarışları davam edir.

 Hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir. Hava şəraitinin dəyişməsi axtarışlarda bəzi problemlər yaradır. Bu barədə müdafiə nazirliyindən Real Tv-yə bildirilib.

Qeyd edək ki, Azərbaycan ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə