Dünyada “Avroviziya”nın ilk qalibi olmuş Liz Assia vəfat edib (FOTO)

Dünyada “Avroviziya”nın ilk qalibi olmuş Liz Assia vəfat edib (FOTO)
94 yaşlı müğənni xəstəxanada vəfat edib

İsveçrənin tanınmış estrada müğənnisi Liz Assia vəfat edib.

Real TV TASS-a istinadən xəbər verir ki, bu barədə “Blick” qəzeti məlumat yayıb. Müğənninin keçmiş katibi qəzetə bildirib ki, Liz Assia Sürixin rayonlarından birindəki xəstəxanada 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Liz Assia 1956-cı ildə keçirilən “Avroviziya” müsabiqəsinin ilk qalibi olub. Müğənni “Refrain” mahnısı ilə karyerasında ən böyük uğura nail olaraq, “Avroviziya”nın ilk qalibi kimi tarixə düşüb. “Avroviziya”nın ilk qalibi kimi tarixə düşən müğənni sonralar digər mahnı musabiqələrinə qatılıb. L.Assia həmçinin ötən əsrin 50-ci illərində bir neçə filmə çəkilib.

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər