SOCAR rəsmisi: "Apreldə Avropaya test qazı göndəriləcək"

SOCAR rəsmisi:
İyulda isə Avropaya qaz ixracı üçün hazırlıqlar tamamlanacaq

“SOCAR olaraq sərmayələrimizi tam sürəti ilə davam etdiririk. 2019-cu il üçün ən önəmli hədəflərimizdən biri “STAR Rafineri”nin tam həcmdə işə düşməsidir. Bu, baş tutandan sonra hazırda Türkiyənin idxal etdiyi bir çox məhsul da elə bu ölkədə istehsal ediləcək. Dolayısıyla Türkiyənin kəsiri hər il 1,5 mlrd. ABŞ dollar azalacaq”. 

REAL-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə  “SOCAR Turkey”in Xarici əlaqələr üzrə rəhbəri Murad Le Kompte (Murat LeCompte) deyib.

Onun sözlərinə görə, SOCAR Türkiyədəki investisiyalarını 19 mlrd. dollara çatdırmaq niyyətindədir: “STAR Rafineri”nin açılışını ötən il etmişdik. Bu neft emalı zavodu yavaş-yavaş dövriyyəyə girir. Test mərhələsi artıq bitib və bütün modullar artıq fəaliyyətə başlayıb. Yaxın vaxtlarda ciddi istehsala başlanılacaq”.

“SOCAR Turkey” rəsmisi Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi haqqında da danışıb: “TANAP-da önəmli proseslər baş verdi. Bu yaxınlarda İpsalada Avropaya olan bağlantının son mərhələsini həyata keçirdik. Apreldə test qazı göndəriləcək. İyul ayında isə Avropaya qaz ixracı üçün hazırlıqlar tamamlanacaq”.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə