Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota götürüldü - VİDEO

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota götürüldü - VİDEO
Builki Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir

Həcc ziyarətinə getmək üçün Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) müraciət edən zəvvarların sayı artıb.

REAL xəbər verir ki, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaqlar.

Hazırda sənəd qəbulu davam edir.

Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyən hər kəs bu arzularını reallaşdıra biləcək.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə getmək üçün 200-dən artıq insan müraciət edib.

Xatırladaq ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə