Gürcüstanda sosial işçilər tətil elan ediblər

Gürcüstanda sosial işçilər tətil elan ediblər
Sosial işçilər 22 tələb irəli sürüblər

Gürcüstanda sosial sahədə çalışan işçilər hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.

REAL "Report"a istinadən xəbər verir ki, onlar iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Sosial Xidmətlər Agentliyinin bütün işçiləri Gürcüstan üzrə tətil elan ediblər.

Sosial işçilər 22 tələb irəli sürüblər. Onların arasında əməkdaşların sayının artırılması, onların nəqliyyat vasitələri ilə təmin olunması, sosial xidmət mərkəzlərinin məhdud imkanlı şəxslər üçün adaptasiya edilməsi və digər tələblər var.

Onlar tələbləri yerinə yetirilməyənə qədər tətili davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, Gürcüstanda 244 sosial işçi var.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə