ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış olub

ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış olub
Naməlum şəxslər hasarın bir hissəsini dağıdaraq bazanın ərazisinə daxil olublar

ABŞ dəniz piyadalarının Yaponiyanın Okinava adasının cənubunda yerləşən Kemp-Zukeran hərbi bazasında partlayış baş verib.

REAL AZƏRTAC-a  istinadən xəbər verir ki, bu barədə Kyodo agentliyi ABŞ hərbi polisinə istinadla məlumat yayıb.

Bildirilir ki, naməlum şəxslər hasarın bir hissəsini dağıdaraq bazanın ərazisinə daxil olublar. Bundan sonra onlar Yaponiya Müdafiə Nazirliyinin nümayəndələrinin istifadə etdiyi qaz balonunu tikililərdən birinin yaxınlığında yerləşdirərək onu partladıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Kemp-Zukeran bazasında ABŞ dəniz piyadaları qrupunun Okinava adasındakı qərargahı yerləşir. Yaponiyadakı ABŞ obyektlərinin 70 faizi bu adada toplanıb. Yerli hakimiyyətin və ictimaiyyətin nümayəndələri ABŞ hərbiçilərinin adada azaldılmasını tələb edirlər.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə