Azərbaycanda süni intellektlə bağlı strategiya hazırlanacaq

Azərbaycanda süni intellektlə bağlı strategiya hazırlanacaq
Sənədin bu il hazırlanması gözlənilir

Azərbaycanda toplanan verilənlər bazası gələcəkdə süni intellektlə idarə olunacaq. 

REAL xəbər verir ki,bu barədə  ONA-ya “Microsoft” şirkətinin MDB ölkələrində kibertəhlükəsizlik və lisenziya uyğunluğu üzrə direktoru Dmitri Beresnev bildirib.

Onun sözlərinə görə, dövlət və ya bu sahədə fəaliyyət göstərən hər bir təşkilat üçün süni intellektin tətbiqində ən vacib məqam verilənlərdir.
“Verilənləri lazımı qaydada yığmaq, saxlamaq və filtrləmək gərəkdir ki, burada ön plana böyük elm adlandırılan “Data Science” çıxır. Biz Azərbaycana bu sahədə düzgün yanaşma, metodika, təlim kursları və həmçinin bu sahədə fəaliyyət göstərəcək insanlara konkret olaraq treninqlər keçməklə dəstək verə bilərik. Əgər yerli mütəxəssislər bu verilənləri yığıb, saxlayıb və idarə edə bilməyəcəksə, o zaman “Microsoft”-un təklif etdiyi alətlərin heç bir faydası olmayacaq”, - deyə D. Berestnev bildirib.
Qeyd edək ki, “Microsoft” şirkətinin dəstəyi ilə Azərbaycanda süni intellektlə bağlı strategiya hazırlanacaq. Sənədin bu il hazırlanması gözlənilir və bu istiqamətdə hazırda müvafiq qurumlarla dialoq aparılır. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə