İranda çovğun və daşqın: 68 nəfər ölüb (VİDEO+ YENİLƏNİB 2)

İranda çovğun və daşqın: 68 nəfər ölüb (VİDEO+ YENİLƏNİB 2)

İranın cənub-şərqində yerləşən Şiraz şəhərində sel və daşqınlar nəticəsində 68 nəfər ölüb.

REAL “Report”-a istinadən xəbər verir ki, “Fars”a istinadən xəbər verir ki, bunu Şiraz şəhəri Məhkəmə-Tibbi Ekspertizası İdarəsindən bildiriblər.

***

15:34

Şirazda sel fəlakəti nəticəsində ən az 11 nəfər ölüb.

REAL ONA-ya istinadla xəbər verir ki, bunu İranın Təcili Tibbi Yardım Təşkilatının rəhbəri Pirhüseyn Kulivənd deyib. O, xəsarət alanların sayının 35 nəfərdən çox olduğunu bildirib.

***

13:59

İranın Lorestan vilayətində isə daşqınlar fəsadlar törətməyə başlayıb

10 gün ərzində İranın 13 vilayətində seldən zərər çəkən 113 mindən çox insana yardım edilib.

REAL -ın Trendə  istinadən verdiyi məlumata görə, bunu Cəmiyyətin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

M.Səliminin sözlərinə görə, sel və daşqınlar nəticəsində xəsarət alan 922 nəfər tibb məntəqələrinə çatdırılıb.

Təşkilatın sədr müavini Şahin Fəthi isə bildirib ki, ötən 1 sutka ərzində İranın 13 vilayəti güclü qar, çovğun və daşqınlarla üzləşib:

"Bir gündə 34 şəhər və kənddə, eləcə də dağlıq ərazilərdə 1530 nəfərə yardım edilib və 200 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib".

İranın Lorestan vilayətində isə daşqınlar fəsadlar törətməyə başlayıb.

İranda yağıntıların martın 27-dək davam edəcəyi proqnozlaşdırılır.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə