Dövlət qurumlarına əlavə 20 min proqram təminatı lisenziyaları veriləcək

Dövlət qurumlarına əlavə 20 min proqram təminatı lisenziyaları veriləcək

Dövlət qurumlarında istifadədə olan kompüterlərin lisenziyalaşdırma layihəsinin ikinci mərhələsinə 2021-ci ilin ortalarına start veriləcəyi gözlənilir.

REAL xəbər verir ki,bu barədə ONA-ya “Microsoft Azərbaycan” şirkətinin rəhbəri Sərxan Həşimov deyib. Onun sözlərinə görə, həmin vaxtadək birinci mərhələnin tam bitəcəyi gözlənilir ki, bu müddət ərzində dövlət tərəfindən öncə əldə olunan lisenziyalar tam olaraq istifadəyə veriləcək.

“Birinci mərhələ bitdikdən sonra ikinci mərhələyə başlanacaq ki, bu da təxminən 2,5 ildən sonra baş tuta bilər”, - deyə S. Həşimov bildirib.

Qeyd edək ki, 1-ci mərhələdə dövlət qurumlarının icra aparatlarında istifadə olunmaq üçün şirkət tərəfindən 10 min lisenziya təqdim olunub. Ötən ilin iyul ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Microsoft” şirkəti arasında əldə olunan razılığa əsasən, dövlət qurumlarına əlavə olaraq 20 min lisenziya, təhsil müəssisələrinə isə akademik güzəştlə 10 min lisenziya verilməsi nəzərdə tutulub.

Layihənin operatoru qismində nazirliyin nəzdində fəaliyyət göstərən “Azintelecom” MMC çıxış edəcək.  

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə