Prezident İlham Əliyev Paşinyanla bu həftə görüşəcək

Prezident İlham Əliyev Paşinyanla bu həftə görüşəcək

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan martın 29-da Avstriyanın paytaxtı Vyanada görüşə bilər.

REAL xəbər verir ki, görüş zamanı tərəflər Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcəklər.

Bu barədə Avstriyanın paytaxtı Vyananın rəsmi mənbələrindən İnterfaks Azərbaycana məlumat verilib.

Görüş martın 29-da Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə baş tutacaq.

Martın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iki ölkə rəsmilərinin Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı görüşü barədə razılığa gəldiklərini bildirimişdi. O iki ölkə xarici işlər nazirlərinin də görüşünün nəzərdə tutulduğunu bildirmişdi.

 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə