Məhkəməsiz mübahisə - VİDEO

Məhkəməsiz mübahisə - VİDEO
"Mediasiya haqqında" qanun layihəsi hazırlanıb

Tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı yeni sənəd hazırlanıb. Bu sənədin adına da “Mediasiya haqqında” qanun layihəsi deyilir.

Mediasiya Azərbaycan üçün yeni termin olsa da tarixi qədimdir. Latıncadan dilimizə vasitəçi kimi tərcümə olunan mediasiya mübahisələrin məhkəmədənkənar həlli mexanizmidir. Əmək, ailə, hətta kommersiya münasibətlərində yaranan mübahisələrin məhkəmə zallarında deyil, məhkəmədən kənarda həll olunması üçün həyata keçirilir. Bir sözlə, mediasiyaya iki problemli tərəf arasında “şirin çay” təklifi verən bir proses kimi də baxmaq olar. Mediasiyanın tarixinə diqqət yetirdikdə məlum olur ki, bu institut ilk dəfə İtaliyada ailə münaqişələri zamanı barışdırıcılıq üçün tətbiq edilib. Sonradan əksər Avropa dövlətlərində, rusiyada, keçmiş MDB ölkələrində, o cümlədən qonşu Türkiyədə münaqişənin alternativ həlli üsulu kimi qəbul olunur. Azərbaycanda isə mediasiya haqda qanunun qəbuluna yenicə hazirlıq başlayıb. Bu ay parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "Mediasiya haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, yeni qanun, mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. 

Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında formalaşmalıdır. 

Bu institut münaqişə səviyyəsini azaldıb, tərəfləri razı salacaq variant tapır. Məhkəmələrdən fərqli olaraq mediasiyada vasitəçi heç bir qərar qəbul etmir, tərəflər özləri razılığa gəlirlər. Vasitəçi yalnız tərəflərə ümumi qərar tərtib etməyə kömək edir və hər iki tərəfi qane edən sazişin bağlanmasına yardım göstərir.

Qeyd edək ki, mediasiya haqda qanun layıhəsi parlamentin martın 29-da keçiriləcək iclasında müzakirə olunacaq. Əgər sənəd təsdiqlənsə, o zaman məhkəmələrin yükü azalacaq. 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə