Sülhə dəstək olanlar - VİDEO

Sülhə dəstək olanlar - VİDEO
3000-dən çox hərbçimiz sülhməramlı əməliyyatlarda iştirak edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin Müdafiə nazirlərinin Nyu-York şəhərində keçirilən toplantısında iştirak edəcək.

Nazirin keçirəcəyi görüşlərdə Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakının perspektivləri müzakirə olunacaq. 

Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak edir. 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək Azərbaycan Ordusunun sülhməramlı taqımı 34 nəfər şəxsi heyətlə NATO-nun rəhbərliyi altında Kosovada sülhyaratma və sülhü dəstəkləmə əməliyyatlarda iştirak edib. Azərbaycan taqımı Türkiyə taborunun 4-cü mexanikiləşdirilmiş piyada bölüyünün tərkibində Draqaş şəhərində xidmət aparıb. Brod yaşayış məntəqəsi bu taqıma cavabdehlik ərazisi kimi təhkim edilmişdi. 

Bu müddət ərzində Kosovada keçirilən əməliyyatlarda 362 nəfər hərbi qulluqçumuz iştirak edib.

20 noyabr 2002-ci il tarixdən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyətə başlayıb.

Azərbaycan hərbçiləri İraqda da BMT-nin Təhlükəsizlik şurası tərəfindən 2003-cü ildə qəbul edilmiş qərar əsasında xidmət ediblər. 

Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında keçirilən sülhməramlı missiyada iştirak etmək üçün bu ilin yanvarında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə gedib. Azərbaycanlı zabitlər BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada müşahidəçi qismində fəaliyyətə başlayıblar.

Ümumilikdə, 1999-cu ildən müxtəlif regionlarda keçirilən sülhməramlı əməliyyatlarda Azərbaycan Ordusunun 3000-dən artıq hərbi qulluqçusu iştirak edib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə