Təbliğat işləri ölkəyə gələn turistlərin sayını ilbəil artırır (VİDEO)

Təbliğat işləri ölkəyə gələn turistlərin sayını ilbəil artırır (VİDEO)
Bu ilin iki ayında ölkəyə 352 074 nəfər turist gəlib

Novruz bayramı günləri ölkəmizdə turistlərin çoxluğu ilə xarakterikdir. Bu günlərdə xüsusilə İrandan, Ərəb ölkələrindən Azərbaycana turist axını başlayır. Bir neçə il əvvəllə müqayisədə son illər bu axın daha çox olur.

İlbəil turist sayının artmasının əsas səbəbi təbliğat işlərinin aparılması, bayram günlərində insanların mədəni istirahətini təmin edən silsilə tədbirlərin keçirilməsidir. 

Hətta bunun üçün iki il əvvəl prezident İlham Əliyevin sərəncamı ilə qurum da yaradılıb – Milli turizm təbliğat börüsu. 

Paytaxtın müxtəlif ərazilərində təşkil edilən yarmarka, bazar və sərgi-satış yerlərində həm də qədim sənətkarlığ nümunələri də yer alır. Onlar hazır nümunələrin sərgi-satışını aparmaqla yanaşı həm də öz peşələrinin incəliklərini də nümayiş etdirirlər. 

Azərbaycana gələn turistlər şəxsi avtmobillər, avtobus və təyyarə reysləri ilə həyata keçirilir. Təkcə cənubi Azərbaycandan ölkəmizə təyyarə reyslərinin sayı dəfələrləartıb. İrandan Azərbaycana təyyarə esylərini həyata keçirən 3 şirkətdən birinin nümayəndəsi Əli Əsgərov deyir bu həftə ərzində reslərimizin sayını 4 dəfə artırdığımız halda belə müraciətlərin heç yarısını ödəyə bilməmişik. 

Aprelin beşinə qədər davam edir.

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər