Kənar dairəvi yolda baş vermiş qəzada 1 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Kənar dairəvi yolda baş vermiş qəzada 1 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB
Xəsarət alanlar Kliniki Tibbi Mərkəzə gətiriliblər.

Bu gün səhər saatlarında kənar dairəvi yolda baş verən qəzada ölən və yaralananlar var.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən REAL-a verilən xəbərə görə, qəza zamanı beton səddə çırpılan maşının 65-68 yaşlı sürücüsü dünyasını dəyişib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan ikisi qadın, biri kişidir. Xəsarət alanlar Kliniki Tibbi Mərkəzə gətiriliblər.

Qeyd edək ki, kənar dairəvi yolda minik avtomobili beton səddə çırpılıb. Onun ardınca gələn Sprinter markalı avtomobil də minik avtomobilinə dəyib. Beton səddə dəyən minik avtomobilində tüstülənmə baş verib.

***

13:06

Qəza ilə bağlı yolun bir hissəsində tıxac yaranıb

Bu gün Bakıda kənar dairəvi yolda ağır qəza baş verib.

REAL ONA-ya istinadən xəbər verir ki, iki avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində maşınlardan birində tüstülənmə olub.

Qəza ilə bağlı yolun bir hissəsində tıxac qeydə alınıb.

 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər