Bakıda 46 və 585 saylı marşrut avtobusları piyadaları vuraraq öldürüb

Bakıda 46 və 585 saylı marşrut avtobusları piyadaları vuraraq öldürüb

Bakıda marşrut avtobusları piyadaları vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "REAL-a verilən məlumata görə, hadisə ötən gün saat 15 radələrində metronun “28 May” stansiyasının yaxınlığında baş verib. 

Belə ki, Masallı rayon sakini N.Həmidov 46 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Şəhla Hacıyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Ölümlə nəticələnən daha bir yol nəqliyyat hadisəsi isə Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, Sumqayıt şəhər sakini M.Həsənov 585 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən Saatlı rayon sakini Nail Sadıqovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün
Dünən