Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Aprelin 4-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən REAL-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi qıraq qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,

Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında

Əsasən yağmursuz. Lakin 05-də axşama doğru, 06-da bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi 06-da gündüz arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8°, 05-də 11°-dək isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Əsasən yağmursuz. Lakin 06-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi 06-da gündüz arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-9° isti, gündüz 12-17°, 05-də 20°-dək isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

Əsasən yağmursuz. Lakin 06-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi 06-da gündüz arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Əsasən yağmursuz. Lakin 06-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi 06-da gündüz arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22°, 06-da 12-17° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Əsasən yağmursuz. Lakin 05-də axşam, 06-da arabir yağış yağacağı gözlənilir.

Dağlarda duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-6° isti, gündüz 8-13° isti təşkil edəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər