Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Həftənin ilk günü şimal küləyi əsəcək.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən REAL-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu  gecə 7-9° isti, gündüz 13-16° isti, Bakıda gecə 7-9° isti, gündüz  14-16°  isti təşkil edəcək. Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 7-də hava sasən yağmursuz olacaq, lakin gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.  Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti,  gündüz 7-12° isti təşkil edəcək.  

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər