Dünya bu günü bayram edir

Dünya bu günü bayram edir
Əfsanəvi qrupun fanatları bütün dünyada "The Beatles" qrupu gününü keçirir.

"Bitlz" qrupunun fanatları 16 yanvarı "The Beatles" qrupu günü kimi qeyd edir.

1957-ci ilin 16 yanvarında Britaniyanın Liverpul şəhərində "Cavern" klubu yaradılıb və sonradan qrup orada debüt edib. Qrupun ilk heyətinə Pol Makkartni (bas-gitara, gitara, vokal), Con Lennon (gitara, vokal), Corc Harrison (gitara, vokal), Stüart Satkliff (bas-gitara), Pit Best (zərb alətləri) daxil olub.

Qrup 1963-cü ildə "Please Please Me" sinqlını buraxdıqdan sonra dünyada tanınmağa başlayıb. O vaxtdan bəri dünyada "bitlomaniya" xəstəliyi başlayıb. Mövcud olduğu dövrlərdə qrup dünya musiqisinin inkişafına böyük təsir göstərib.

Qeyd edək ki, Ümumdünya "The Beatles" Günü 2001-ci ildə YUNESKO tərəfindən təsis edilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə