"Harmoniya sahəsi" - VİDEO

Moskvalılara Azərbaycanın ənənəvi incəsənəti təqdim edilib

Moskvada Dövlət Şərq Muzeyində “Harmoniya sahəsi, Azərbaycanın ənnənvi incəsənəti” adlı sərgi keçirilir. Azərbaycan xalça muzeyinin və Rusiya dövlət Şərq xalqları incəsənət muzeyinin dekorativ-tətbiqi incəsənət nümunələrini əhatə edən, 100 dən çox əsərin nümayiş olunduğu sərgi Azərbaycan və Rusiyanın mədəniyyət nazirlikləri, Azərbaycanın Rusiyadakı səfirliyi və hər iki muzeyin təşkilatçılığı ilə baş tutub.

Sərginin əsas məqsədi əsrgilənən əsərlərlə - müxtəlif növ xalçalar, zinət əşyaları, xüsusi önəm kəsb edən qiymətli qablar, şənlik zamanı geynilən milli geyimlər, baş örtükləri və.s moskvalılara XVIII əsrin sonu XIX əsrin əvvələrində Azərbaycan mədəniyyəti haqqında məlumat vermək və təsəvvür yaratmaqdır. 

Muzeyin direktoru Aleksandr Sidov Rusiya və Azərbaycan arsında mədəni əlaqələrin inkişaf etdiyini bildirərək, bu sərgini keçirməkdən şad olduqlarını nəzərə çatdırıb: "Bu sərgidə tamaşaçı hər bir əsərə diqqətlə yanaşmalıdır. Bir nömrəli əsər isə, unikallığı ilə secilən, muzey üçün ilk azərbaycan incəsənət əsəri olan hər şeyin başlandığı xalca Qarabağ xalcasıdır. Muzey onu 1918-ci ildə əldə edib".


Sərginin açlış mərəsimində çıxış edən Rusiya dövlət Şərq xalqları incəsənət muzeyinin direktoru Aleksandr Sidov, sərginin kuratoru Mariya Filatova, Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət üzrə müşaviri Nigar Axundova, Azərbaycan Mədəniyyət nazirliyinin nümayəndəsi Azadə Hüseynova və digərləri sərginin əhəmiyyətindən və iki dövlət arasında olan mədəni münasibətləri qeyd ediblər. Rusiya dövlər Şərq xalqları muzeyi ilə Azərbaycan mədəniyyət və incəsənətinin daim tandem olaraq fəaliyyəti qeyd olunub. 

Azərbaycan xalca muzeyinin rəhbəri Şirin Məlikova Rusiya dövlət Muzeyini Bakıda sərgi keçirməyə dəvət edib.

Qeyd edək ki, sərgi may ayının 12-sinə kimi davam edəcək.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə