İstirahət gününün havası

İstirahət gününün havası

Bakı və Abşeron yarımadasında aprelin 14-də hava şəraiti əsasən yağmursuz keçəcək.

ETSN-dən REAL-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-20° isti,Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə dumanolacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, 

gündüz 14-19° isti təşkil edəcək.  

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər