Haqq-hesab günü - VİDEO

Haqq-hesab günü - VİDEO
Sabahdan problemli kreditlərə görə kompensasiyalar məlum olacaq

Aprelin 15-də problemli kreditlərlə bağlı kompensasiya alacaq vətəndaşlar barədə məlumatların tam olaraq “pk.fimsa.az” portalına inteqrasiya olunması prosesi yekunlaşacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, problemli kreditlərin ödənişləri ilə bağlı yaradılmış pk.fimsa.az portalına daxil olmaqla bütün fiziki şəxslər onlara hesablanmış cəmi kompensasiya məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, həmçinin restrukturizasiya güzəştinin şamil oluna biləcəyi cari kreditlər barədə ümumiləşdirilmiş məlumatları əldə edə biləcək.

Qeyd edək ki, indiyə qədər məlumatların portala inteqrasiyası getdiyindən fiziki şəxslərin bir qismi onlara ödənəcək kompensasiya ödənişi barədə məlumat əldə edə bilməyib. Belə hallarda vətəndaşlara onlar haqqında məlumatların yenilənməsinin getdiyi barədə məlumat verilib.

Problemli kreditlərlə bağlı kompensasiya və restrukturizasiya güzəştinin şamil olunacağı cari kreditlərlə bağlı ödənişlərin verilməsinə isə aprelin sonlarından başlanılacaq və may ayının sonuna kimi yekunlaşacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə