Mir Şahinin vaxtı - VİDEO

Mir Şahinin vaxtı - VİDEO

İlham Əliyevin Prezident kimi yeni ilini müzakirə edəcəyik. Daha doğrusu yeni Prezident kimi Yeni ilini. Niyə Yeni Prezident kimi? Ona görə ki, o son seçkilərdən sonra tam yeni Prezident məzmunu ilə meydandadır. Öz köhnə möhlətlərindən təbii ki nələrisə saxlamaqla. Amma əsasən yeni Prezident! Beləliklə, Prezident seçkiləri oldu və İlham Əliyev aşkar üstünlüklə seçildi. Seçkilərin ilkin nəticələri elan ediləndən sonra xüsusi çıxışa ehtiyac duydum. Bu 30 illik jurnalistlik dövrümdə ilk dəfə idi. 

Və bu gün mən əlimi ürəyimin üstünə qoyub tam arxayınlıqla deyə bilərəm ki, bir vətəndaş kimi də, jurnalist kimi də seçici platformamın bütün bəndləri üzrə rahatam. Nəyi istəyirdimsə, nəyi arzulayırdımsa o da oldu! Diqqətlə qulaq asdınızsa, İlham Əliyevə səs verməyimin səbəblərində qeyri-adi heç nə yox idi. Bu bir normal vətəndaşın öz dövlətindən, öz liderindən gözlədiyi, gözləyə biləcəyi ən adi  diləklər idi. Fürsətdən istifadə edərək, Prezidentə təşəkkür imkanımdan bir daha bəhrələnmək istərdim.

Xalqın səsi

Hər bir jurnalistin karyerasında xüsusi mərhələ sayıla bilən, həmişə qürurlanacağım, özü də tək öz yerimə yox, hər bir həmkarımın əvəzinə qürurlanacağım Prezidentlə müsahibədən bir parçaya baxdıq. Biz liderimizə çox sual vermişdik - təxminən 10. Amma biz o zaman bilmirdik ki, bir müddət sonra burda səslənən sualların təxminən yarısı Fransanın ciddi beynəlxalq nüfuza və etibarlılığa malik “Opinion Way” şirkətinin keçirəcəyi peşəkar rəy sorğusunda vətəndaşa veriləcək. İdeal uzlaşma. Cavablar bir-birini tamamlayır. Bu təhlil axşamını biz İlham Əliyevin bir illik fəaliyyəti ətrafında keçirəcəyik. 

Beləliklə, indi bəlkə də kiminsə diqqətini çəkməyən, amma şəxsən bizə görə kifayət qədər maraqlı və bəzən isə hətta sətiraltı mənası olan məsələyə toxunmaq istəyirik. Niyə xaric? Niyə Fransa? Əlbəttə, Azərbaycanda rəy öyrənən belə təsisatlar zəif, qeyri-peşəkar, hətta amansız səslənməsəydi deyərdim ki, lazımsız və səmərəsiz  qurumlara çevrilib. Bu sosioloji iflasın həm obyektiv, həm də subyektiv səbəbləri var. Qısası, müzakirə üçün maraqlı mövzudur. Təhlilçilərə ipucu verirəm, qoy düşünsünləır, daşınsınlar, cəmiyyətşünaslığın mühüm bir komponenti olan rəy öyrənən qurumların aqibətinin niyə bu kökə düşməsinin səbəblərini araşdırsınlar. Amma indi bu mövzunu bir kənara qoyuram. Maraqlandığımız sual başqadır: Niyə xaric? Niyə Fransa? Niyə “Opinion Way”? Bir az əvvəl sualın bir hissəsini Hikmət Babaoğlu ilə müzakirə etdik. Niyə “Opinion Way”?  Amma düşünürəm ki, mövzuya bir daha qayıdaq. Xülasə, Niyə? Axı nüfuzlu sorğu mərkəzləri dünyada, xüsusilə Avropada kifayət qədərdir. Əvvəlcə “Niyə xaric?” sualına cavab verək. Ona görə ki,belə sorğuların peşəkar hazırlanması və həyata keçirilməsi praktikası sosioloji rəyə üstünlük verən ölkələrdə, məhz xaricdə var.   Və belə sorğular adda-budda sifarişlərlə tərtib olunmur. Burda bir sistemlilik var. Məsələn, tutaq ki, indi söhbət Prezident İlham Əliyevin etibar və etimadlılıq dərəcəsinin öyrənilməsindən gedir. Və ortada da cəmi 2000 nəfərin öyrənilmiş mövqe var. Amma yalnız budurmu baza? Yalnız bu 2000 nəfərin mövqeyinə istinad edilibmi? Əlbəttə yox. Gəlin diqqətinizi belə bir məlumata cəlb edim. Bu xəbər ötən ilin oktyabrında yayılmışdı. Söhbət Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanı dünyanın ən çox islahat aparan ölkəsi elan etməsindən gedir. Bu yüksək nəticənin əldə edilmə səbəblərindən biri və başlıcası Azərbaycanda aparılan islahatların dərinləşərək mahiyyətcə yeni xarakter kəsb etməsi oldu. Qeyd olunurdu ki,  iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib.  Dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib. Prezidentin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar digər nüfuzlu beynəlxalq reytinqlərlə yanaşı, “Doing Business 2019” hesabatının da bütün indikatorlarını əhatə edib. Və nəhayət, 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunumuşdu. Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib. “Doing Business 2019” hesabatında deyilirdi: “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib” . Bütün bu statistikanı niyə xatırladıram?! Ona görə ki, “Opinion Way” kimi qurumlar əlahiddə götürülmüş bir persona üzrə sadəcə sual-cavab aksiyası keçirmir. Ortada peşəkar yanaşma var. Bir fərdin fəaliyyətinin öyrənilməsi eyni zamanda bütöv bir ira arealını, aktiv radiusu əhatə edir. Məsələn, biznes duinq-in nəticələri barədə az-çox məlumatı olan kəs üçün Azərbaycan liderinin göstərdiyi rekord nəticə gözlənilməz olmamalıdır. Bir daha o yerə qayıdıram ki, belə sorğuların xarici ölkələrdə fəaliyyət göstərən peşəkar qurumlara sifariş verilməsinin həlledici səbəblərindən biri budur. Mən indi sizə bir nümunə gətirdim. Amma vaxtınız olanda özünüz də son zamanlar nüfuzlu beynəlxalq qurumların Azərbaycanı öyrənərkən elan etdiyi nəticələrə bir nəzər salın. Görəcəksiniz ki, bu gün İlham Əliyevin fəaliyyətinin qiymətləndirilməsi zamanı əldə olunan nəticələrin bu və ya digər şəkildə anonsları elə o reytinq listlərdə var. Yəni Prezidentin reytinqindən qabaq onun fəaliyyətinin, ayrı-ayrı layihələrinin reytinqi ölçülüb. Onların yüksək olması isə son nəticədə Prezidentin fəaliyyətinin monitorinqi zamanı  özünü göstərib. İndi isə ikinci suala qayıdaq. Niyə məhz Fransa? sualına cavab axtaraq. Fransa Avropanın Azərbaycanla ən yaxşı münasibətlərə malik dövləti deyil. Hətta yaxşı münasibətlərə malik dövləti də deyil. Təkcə Azərbaycan yox, elə Türkiyə ilə də bu xoruz quyruğu ya da dimdiyi ölkəni ciddi problemlər bağlayır. Elə bu yaxınlarda bu ölkədə erməni soyqırımının tanınması ətrafında Allah bilir neçənci dəfə elan olunan dırnaqarası əxlaq-mənəviyyat pişvazını xatırlasaq kifayətdir.  Yaxud Makronun bu yaxınlarda Ermənistana gəlib İrəvan havasına qol götürüb oynaması... Və Ermənistana belə bir açıq hüsn-rəğbətlə yanaşı ATƏT-in Minsk qrupunda da həmsədr kimi qalmağı bacarmaq, razılaşın ki, hər dövlətin işi deyil. Üstəlik də Fransanın müxtəlif dairələrinin Azərbaycanın liderini mütəmadi  təftiş-tənqid, hətta təhdid hədəfində saxlamaq təcrübəsi də var. Deməli Fransanı Azərbaycan liderinə rəğbət bəsləməkdə ittiham etmək kimi sarsaq fikir heç kimin ağlına gələ bilməz. Bu qurumu başqa həmfəaliyyətlərindən fərqləndirən bir xüsusiyyət də onun rəy söyrənmə mexanizminin ən mükəmməl sistemə malik olmasıdır. Opinion  way  şirkətinin xidmətlərindən ən çox yararlanan ölkələr Britaniya, Almaniya, Norveç, İsveçrədir.  Beləliklə  məhz Fransanın ən nüfuzlu sorğu mərkəzi artıq neçənci ildir ki, dalbadal Azərbaycandakı vəziyyətin monitorinqini elan edir. Və hər dəfə də elə Fransanın özündəcə Azərbaycana neqativ kontekstdə yanaşan dairələrin iddialarını darmadağın edir. Bir az əvvəl qeyd etdik ki, əslində İlham Əliyevin reytinqinin yüksək olduğunu bu rəy sorğusu olmadan da bilirdik. Elə Saray nənənin səmimiyyət dolu duaları on belə rəy mərkəzindən daha artıq dəlildir. Amma belə mərkəzlərin xidmətləri müxtəlif beynəlxalq indeksasiyalar zəminində olduqca əhəmiyyətlidir. Və bir növ yerli rəyin beynəlxalq müstəvidə də təsdiq faktı kimi maraqlıdır. Bu sorğu göstərir ki, İlham Əliyev Dövlətin Baş Meneceri kimi ən başlıca nəticəyə nail olub. Xalq özünü, öz taleyini seçdiyi liderə etibar edir. Burda xüsusi olaraq bir məqamı qeyd edim. İlham Əliyevin yüksək reytinqində birinci vitse-prezident instiutunun da özünəməxsus rolu var. Mehriban Əliyevanın proseslərə vaxtında və effektiv qoşulmaları bu tandemi daha güclü edir. Doğrudur sorğuda vitse-prezident institunun tətbiq edilməsi ilə bağlı ayrıca sual yoxdur. Amma kadr islahatlarının qiymətləndirilməsi ilə bağlı sual dolayısı ilə bu mövzunu zəruri edir. Rəylərin  mütləq çoxluqla Prezidentin xeyrinə olması bir sıra başqa məziyyətlərlə da xüsusidir. Əvvəla İlham Əliyevin son bir illik fəaliyyətinin belə yüksək retinqlə müşayiət olunması aparılan siyasətin davamına verilən ümumxalq xeyir-duasına işarədir. Prezidentin islahatlar gündəliyi ilə başladığı növbəti möhlət üçün bu əla motivasiyadır.  Opinion Vey-in göstərdiyi yekun rəy həm də onun sübutudur ki, xalq  İlham Əliyevin Azərbaycanın müstəqil dövlət konsepsiyasını etibarlı şəkildə dəstəkləyir. Onun kursu sosial, iqtisadi, hərbi, mədəni təyinatına baxmayaraq Dövlət Müstəqilliyinin hər vəchlə möhkəmlənməsinə hesablanıb. 

İlham Əliyev Azərbaycanı onun xalqının rifahı iistiqamətində yönəldir. Və bu yolda onun iradəsinə kiminsə, haranındsa təzyiqi yolverilməzdir, mümkünsüzdür. Bizim manifest belədir: Azərbaycanın dövlət idarəetmə modelilə barışımalıdır. Bu quruluşa dünyanın fövqəlgücləri öyrəşməlidir. O qədər də uzaq olmayan keçmişdə yeni yaranan respublikalara özünəməxsus yuxarılardan tövsiyə edilən menecment sistmeləri köhnəlib. Bir sıra hallarda ümumiyyətlə işləmir. Demokratiya adı altında sırınan dağıdıcılıq, xaos viruslarından immunitetə ehtiyac var. Bir zamanların işəyarayan formatları ciddi surətdə köhnəlir. Azərbaycan mövcud qaydalar sisteminə öz əlavələrini, öz ixtisarlarını edərək milli maraqların nəzərə alındığı  idarə formatı ilə mövcud olur. Milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla.

İlham Əliyev yolu

İlk dəfə eşidəcəyiniz bu fikri isə mənim subyektiv fikrim kimi də qəbul edə bilərsiniz. Hələlik belə qəbul edə bilərsiniz. Hesab edirəm ki, biz artıq İlham Əliyev yolundan danışa bilərik. Konturları aydın, hədəfi, qadağa və icazə işıqları aydın. Aydın yol xəritəsilə. Bu yol mütəhərrik siyasi qaydaların təsiri altında çevik qərarlar qəbul etmək qabiliyyətinə, iqtisadi artıma, sosial rifaha, ilk növbədə öz vətəndaşının müdafiəsi və mühafizəsinə, beynəlxalq etimada, hərbi qüdrətin artırılmasına, amma bununla belə heç bir halda militarist kurs yürütməyən xeyirxah qonşuluq yanaşmasına, regional, dünyəvi gərəkliyə hesablanır. Belə olan halda Azərbaycanda mövcud hakimiyyəti dəyişmək kimi anormal niyyətə düşən qüvvələr iflasa uğrayır. Bu gün ölkədə heç vaxt olmadığı dərəcədə ittifaq var. Vətəndaş-dövlət münasibətlərinin yeni formatı həm də yeni məsuliyyət dərəcələri müəyyənləşdirib. İlham Əliyevin sadə təbirincə desək, bu məsuliyyət dərəcəsi xalq və xidmətçi yanaşmasından keçir. Elə buna görə də Prezidentin reytinqi çox yüksəkdir. O insanların görüşünə həm prezident, həm də xalqın xidmətçisi tək gedir.  

İlham Əliyevin fəaliyyəti yerli icra strukturlarına da nümunə olmalıdır. Əlbəttə, opinion vey ayrı-ayrı məmurların, icra başçılarının teytinqini ölçmək sifarişi almayıb. Amma məncə maraqlı təcrübə olardı. Ən azı xalqın kiçik rəisləri onlara olan etimadın real mənəzərəsini görərdilər. Bəlkə sevinər, şad olar, bəlkə məyus olardılar. Amma ən azı rəylər olardı. İndiki halda isə Dövlət öz birinci şəxsi ilə birincidir.  Bu axşam mən Sizə nə məvacib, nə təqaüd, nə dövlət yardımı, nə kredit probleminin həllindən danışdım. Ehtiyac duymadığıma görə yox. Sadəcə ona görə ki, ortada puldan, pensiyadan, təqaüddən, kredit problemindən daha ciddi mövzu var. Dövlət müstəqilliyi. Vətəndaş müstəqilliyi. Prezidentin düsturu belədir. Öncə dövlət müstəqilliyi. Əgər o müstəqil olarsa vətəndaşı da müstəqil edə biləcək. Necə ki edir. Vətəndaşın dövlətin başı üstdən müstəqil olmaq arzusu isə təhlükəlidir. Hüququndan keçən əskər hərə bir qəhrəman oldu! Yadınızdadı. Qəhrəman olmaq istəyən kəs hüququndan keçməyi bacarmalıdır. İstənilən hüququndan. Eşidirsiniz? Himnimizi eçitmisiz? Çox eşitmisiz. Amma arabir qulaq da asın! Hüququmuzdan dövlət üçün keçmək yerini təkrar təkrar oxuyaq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə