Azərbaycanda əmlak sahibləri çıxarışlarını “e-hökumət” portalı vasitəsilə ala biləcəklər

Azərbaycanda əmlak sahibləri çıxarışlarını “e-hökumət” portalı vasitəsilə ala biləcəklər

Azərbaycanda əmlak sahibi müvafiq idarəyə gəlmədən, “Elektron hökumət” ("e-hökumət") portalında yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala biləcək.

Əmlak Məsələləri Dövlət Komitəsindən REAL-a verilən məlumata görə, elektron çıxarışların tətbiqi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir, əmlakların qeydiyyatını daha da sadələşdirir.

Eyni zamanda, dövlət başçısının imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı da vətəndaş məmnunluğuna, sadə formada mülkiyyətin qeydiyyata alınması, ölkədə leqal əmlakların sayının artması istiqamətində bir yenilik oldu. Hazırda fərmanın icrası ilə bağlı işlər aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə