Notr-Dam faciəsi - VİDEO

Notr-Dam faciəsi - VİDEO
Makron kilsənin yenidən bərpa ediləcəyinə söz verib

Notr-Damı kilsəsinin bərpası üçün azı 10 il vaxt lazımdır. Bu xəbər Fransanın incisi Notr Damdamın yanmasından kədərlənənlərə müəyyən qədər təsəlli olsa da, reallıq göz qabağındadır.

Parisin düz mərkəzində yerləşən Notr Dam ötən gün axşam saat 19 radələrində yanmağa başlasa da onu söndürmək yalnız səhər saat 5 ardələrində mümkün olub..Güclü Alov kilsəni yararsız hala salıb. Yanğına ilk reaksiya verən şəxs ABŞ prezidenti Donald Tramp olub.

O, “Notr Damın yanmasına baxmaq dəhşətdir. Yanğınsöndürən helikopterlərdən istifadə olunmalıdır. Cəld tərpənmək lazımdır”, - deyə bildirisə də, maraqlıdır ki, helikopterlərdən istifadə olunmayıb.

Mülkü Təhlükəsizlik Xidməti bunu su şırnağının tarixi tikilini uçura biləcəyi ehtimalı ilə əlaqələndirib. Bütün hallarda , yanğın kilsənin qülləsini aşırıb.

Parisin yanğınsöndürmə xidmətinin rəisi Jean-Claude Gallet bildirib ki, kilsənin damı dağılsa da, əsas strukturu qorunub saxlanıb: “Hesab edirik ki, Notr-Damın iki qülləsi xilas edilib. Ən qiymətli əsərlərin olduğu arxa hissə də qorunub. Lakin risk hələ davam edir. Bəzi daxili strukturlar dağıla bilər. Yanğınsöndürənlər təhlükə riskini azaltmaq üçün bütün gecə işləyiblər”.

Hadisə zamanı bir yanğınsöndürən yaralanıb. Ümumiyyətlə tikilidə insan itkisi olmayıb. 

Fransa prezidenti Emmanuel Makron paytaxt Parisdə Notr-Dam-de-Pari kilsəsində baş vermiş yanğınla əlaqədar ciddi araşdırma aparılması üçün tapşırıq verib.

O, ilk olaraq kilsəyə dəyən ziyanın hesablanmasını əmr edib. 

Makron hadisəni “dəhşətli faciə” adlandırıb. Fransa prezidenti yanğının daha geniş miqyas almadan qarşısının alındığını bildirib. Və kilsəni yenidən quracaqlarına vəd verib.

Ekspertlər ziyanın hesablanması üçün bir neçə gün vaxt lazım olduğunu bildiriblər.Yanğına nəyin səbəb olduğu hələlik məlum deyil. Fakt budur ki, bu nəhəng memarlıq abidəsi bir də əvvəlki Notr Dam olmayacaq. Tarixin yadigarı, Fransanın fəxri, Hüqonun bütün dünya oxucularına sevdirdiyi, turistlərin ən çox maraq göstərdiyi, biz jurnalistlərin isə həvəslə reportaj hazırladıqları Notr Dam de Pari.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə