İstanbul qalibi gözləyir - VİDEO

İstanbul qalibi gözləyir - VİDEO
Yarışın üçüncü mərhələsinə yekun vurulub

Türkiyədə keçirilən veloyürüşün 3-cü mərhələsinə yekun vurulub.

122,6 km-lik məsafəni hollandiyalı idmançı Fabio Yakobsen birinci tamamlayıb. Kuik Step komandasının üzvü marşrutu 2 saat 50 dəq, 12 saniyəyə qət edib. İrlandiyalı velosidepdçi Sem Benett ikinci yeri tutub. Ən güclü üçlüyü Dimenşn data komandasının təmsilçisi Mark Kavendiş tamamlayıb. Beləliklə bu nəticələrdən sonra Sem Benet ümumi sıralamada liderliyini qoruyur. Yürüşün 4-cü mərhələsinə Balıkəsirdən start veriləcək. İştirakçılar adı çəkilən məntəqədən Bursaya qədər 194,3 km-lik məsafədə yarışacaqlar. Qalibin adına İstanbulda yekunlaşacaq 6-cı turdan sonra aydınlıq gələcək.

Qeyd edək ki, Türkiyədə keçirilən turnir dünyada yeganə qitələrarası yarışdır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə