Azərbaycan XİN Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edir

Azərbaycan XİN Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edir

Mövzumuz Qarabağdır

Qonağımız isə Xarici İşlər Nazirliyinin məbuat xidmətinin rəhbəri Leyla Abdullayevadır.

Moskva görüşünü çox faydalı görüş adlandırmaq olar

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan xarici işlər nazirinin erməni tərəfi və ya ATƏT-in Minsk Qrupunun həmsədləri ilə keçiriləcək görüşlər və atılacaq addımlara dair şərhləri “3+2” formatında qəbul edilmiş birgə bəyanatlara tam uyğun olaraq edilir".

REAL xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Sözügedən bəyanatlar açıq şəkildə iki ölkə əhalisinin sülhə hazırlanması zərurətini dəstəkləyir.

"Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir, dayanıqlı deyil və bu proses həmişəlik davam edə bilməz. Biz Ermənistan Xarici İşlər Nazirliyini “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa və daha praqmatik olmağa, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə etimad göstərməyə və dəstək nümayiş etdirməyə dəvət edirik. Əgər Ermənistan tərəfi etimad quruculuğundan və danışıqlarda səmimiyyətin yaradılmasından bəhs edirsə, o zaman Azərbaycan tərəfində olduğu kimi onlar da qarşılıqlı etimadın yaradılmasına çalışmalı və buna uyğun şərhlər verməlidirlər. Eyni zamanda, onlar regionda sülh, sabitlik və rifahın yaradılması istiqamətindəki səylərə qoşulmalıdırlar", - deyə o qeyd edib.

"Əsas çərçivə münaqişənin həlli istiqamətində konkret irəliləyişə nail olmaq üçün iki ölkə əhalisinin sülhə hazırlanması prosesidir. Bu proses çərçivəsində bir neçə tədbir həyata keçirilə bilər. Onlardan biri təbii ki, kütləvi informasiya vasitələrinin hər iki tərəfdən səfərlərinin təşkil olunmasıdır. Bu Moskva birgə bəyanatında da öz əksini tapıb. Azərbaycan hər zaman insanlar arasında əlaqələrin, etimadın yaradılmasının tərəfdarı kimi çıxış edib. Biz hər iki icma arasında təmasların qurulmasının hər zaman təşəbbüskarı olmuşuq, hətta bir müddət bundan əvvəl 2008-ci ildə Azərbaycanın və Ermənistanın Moskvadakı səfirlərinin birbaşa iştirakı ilə, ictimai xadimlərin, ictimaiyyət adamlarının və digər aparıcı şəxslərin iştirakı ilə Bakıya, Ermənistana, Xankəndinə səfərlər təşkil olunmuşdu. Biz belə təşəbbüslərin hərzaman tərəfdarı olmuşuq.Lakin belə təşəbbüslər irəli apara bilmədi, çünki, bundan əvvəlki Ermənistan rəhbərliyi buna qarşı çıxdı. Açıq şəkildə onlar qorxurdular ki, belə təmaslar nəticədə müəyyən yaxınlaşmaya gətirib çıxara bilər. Hazırki, çərçivədə də Azərbaycan məhz bu təşəbbüsləri dəstəkləyir. Bu təşəbbüslər sırasında KİV nümayəndələrinin səfərlərinin təşkil olunmasıdır. Qarabağ Azərbaycan ərazisidir. Əlbəttə Azərbaycalılar oraya səfər etməlidirlər. Çünki bu Azərbaycanın tərkib hissəsidir. Orda yaşayan insanlar Azərbaycan vətəndaşıdır. Qanunla bu belə müəyyən olunub", -deyə XİN sözçüsü bildirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə