Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan nümayəndə heyəti üçün tanışlıq səfəri təşkil edib

Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan nümayəndə heyəti üçün tanışlıq səfəri təşkil edib

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin və BMqT-nin regional ofisinin dəstəyi ilə Ədliyyə Akademiyasının rektoru Elçin Xələfovun rəhbərlik etdiyi Azərbaycanın 11 nəfərlik nümayəndə heyətinin Avstriyanın paytaxtı Vyana şəhərinə dörd günlük tanışlıq səfəri təşkil edilib.

REAL xəbər verir ki, BMqT-nın Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, aprelin 14-19-də reallaşdırılmış səfər Avropa İttifaqı və BMqT-nin İnkişaf Fondu tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.

Səfərin əsas məqsədi Ədliyyə Akademiyasının, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə üzrə Baş İdarəsinin təmsilçiləri, həmçinin regional məhkəmələrin hakimləri və Baş Prokurorluğun əməkdaşlarından ibarət nümayəndə heyətini insan alverinə qarşı mübarizədə hüquqi qərarların verilməsi, insan alveri qurbanlarının müdafiəsi sahəsində beynəlxalq və Avropa standartlarının tətbiqi, hüquqi qanunvericiliyin təhlili və Avstriyada insan alveri ilə bağlı cinayətlərin təqibi halları ilə, insan alveri sahəsində prosedur və qaydalarla tanış etməkdir.

Nümayəndə heyəti Avstriyanın Xarici İşlər Nazirliyində insan alveri ilə mübarizə üzrə milli əlaqələndirici, səfir Petra Şneebaur, həmçinin prokurorlar Maria-Luise Nittel və Ursula Şrall-Kropiuniq, Konstitusiya məsələləri, İslahatlar, Deregülasiya və Ədalət Federal Nazirliyində Kristian Manke ilə görüşlər keçirib. Avstriyalı həmkarları Azərbaycan nümayəndələri ilə özlərinin insan alveri sahəsində bilgi və ən yaxşı təcrübələri, yanaşmalar və yeni tendensiyalarla, insan alveri qurbanlarına yardım göstərilməsi prosedurları ilə bölüşüblər.

Səfər müddətində nümayəndə heyəti, həmçinin Vyanadakı həddi buluğa çatmayan hamisiz miqrantlar üçün olan Drexşaybe Krizis Mərkəzini, insan alveri qurbanı olan qadınlar üçün mərkəzi, Vyana şəhərinin Cinayət Məhkəməsini, Avstriyasının Cinayət İstintaqı Xidmətini də ziyarət ediblər.

Bu səfər Azərbaycandan olan heyət üçün ən yaxşı təcrübələri öyrənmək və onları mümkün olan yerlərdə tətbiq etmək, həmçinin Avstriya həmkarları ilə işgüzar əlaqələri qurmaq baxımından yaxşı bir imkandır.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə