Qəbələdə turizmlə bağlı forum keçiriləcək

Qəbələdə turizmlə bağlı forum keçiriləcək

Aprelin 20-i Qəbələdə Azərbaycanda turizmin inkişafına həsr olunan forum çərçivəsində fiziki cəhətdən məhdud şəxslərin hazırladığı əl işləri sərgisi keçiriləcək.

Bunu Trend-ə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva deyib.

Onun sözlərinə görə, tədbirin təşkilatçısı “Tourism Lab” MMC-dir:

“Forum zamanı turizm sənayesinin, eləcə də regionlarda qadın sahibkarlığının inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq”.

Assosiasiya rəhbəri bildirib ki, forumda turizm, rəqəmsal texnologiyalar, sahibkarlıq və digər sahələr üzrə mütəxəssislər iştirak edəcək.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə