Afad Qurbanov - 90 (VİDEO)

Afad Qurbanov - 90 (VİDEO)
Müasir Azərbaycan əlifbasının müəllifinin yubileyi AMEA-da qeyd olunub

Nəsimi adına Dilçilik institutu və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli dilçi alimi, türkoloq və ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi Afad Qurbanovun anadan olmasının 90 illiyi ilə əlaqədar tədbir keçirilib. 

Təbir zamanı Dilçilik institutunun dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Nəriman Seyidəliyevin “Afad Qurbanov və ümumi dilçilik” monoqrafiyasının təqdimatı keçirilib. 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli görkəmli dilçi-alim Afad Qurbanovun həyat və yaradıcılığından, onun zəngin elmi fəaliyyətindən danışıb, dilçiliyin inkişafında mühüm xidmətlərini xatırladıb. 

“Afad Qurbanov və ümumi dilçilik” monoqrafiyasının təqdimatını edən Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov qeyd edib ki, Afad Qurbanov elmi fəaliyyəti çox geniş diapozona malik alimlərimizdəndir. 

Qeyd edək ki, Azərbaycan dili onomalogiyasının müstəqil bir nəzəri dilçilik şöbəsi kimi formalaşması professor Afad Qurbanovun fəaliyyəti ilə bağlıdır. 

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə