Rusiyadan 105 min dollar çıxarmağa cəhd edən azərbaycanlı saxlanılıb

Rusiyadan 105 min dollar çıxarmağa cəhd edən azərbaycanlı saxlanılıb

Rusiyada Domodedovo hava limanının gömrük əməkdaşları ölkədən 105 min ABŞ dollarını qeyri-qanuni yolla çıxarmağa çalışan Azərbaycan vətəndaşını saxlayıb. 

REAL ONA-ya istinadən xəbər verir ki, bu barədə gömrüyün mətbuat xidməti məlumat yayıb.

“Domodedovo gömrüyünün əməkdaşları Bakıya uçmağa hazırlaşan Azərbaycan Respublikası vətəndaşı olan 56 yaşlı qadını saxlayıblar. Yoxlanış zamanı sərnişin üzərində 50 min dollar olduğunu qeyd edib. İnspektor ondan üzərində olan məbləği təqdim etməyi xahiş edəndə isə o, əl çantasından 75,4 min dollar çıxarıb. Çantanın ətraflı yoxlanışı zamanı isə orada daha 27 min 120 avro aşkarlanıb. Ümumilikdə isə Azərbaycan vətəndaşının öləkədən çıxarmağa cəhd etdiyi məbləğ 105 min 850 ABŞ dolları təşkil edib”, - deyə məlumatda qeyd edilir. 

Cinayət əməli sübut edilərsə, qadını 4 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə