Vəkil Narkoloji Mərkəzin sabiq direktoruna bəraət istəyib

Vəkil Narkoloji Mərkəzin sabiq direktoruna bəraət istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.

REAL ONA-ya istinadla xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə T. Məmmədhəsənovun vəkili Vasif İsrafilov çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu və ona bəraət verilməsini məhkəmədən xahiş edib.

Proses aprelin 26-da davam etdiriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə