“Diqlas“da yanğından zərərçəkmiş sahibkarlara kartlar verildi - VİDEO

“Diqlas“da yanğından zərərçəkmiş sahibkarlara kartlar verildi - VİDEO
345 sahibkarın malları ticarət mərkəzindən çıxarılıb

Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunub.

REAL xəbər verir ki, bununla yanaşı, zərər çəkmış sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.

İşçi qrupu tərəfindən maddi yardımın ödənilməsi qərara alınmış 302 zərər çəkmiş sahibkarın bank hesabına 1 836 min manat məbləğində maddi yardım köçürülüb.

Bundan başqa, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha biri əlavə olunub. Bununla da, zərər çəkən sahibkarlara müvafiq yerlər təqdim edilən ticarət mərkəzlərinin sayı 9-dur. 
Sahibkarlara maddi yardım göstərilməsi və onların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə