“Sərhədçi”lərin Avropa uğuru - VİDEO

“Sərhədçi”lərin Avropa uğuru - VİDEO
Yığma komandamız Türkiyədə fərqlənib

Yeniyetmə və gənc kikboksçularımız Türkiyənin Antalya şəhərində keçirilmiş WAKO versiyası üzrə Avropa kubokunda uğurla çıxış ediblər.

REAL xəbər verir ki, yığmamız sözü gedən yarışda 7 medal qazanıb.

Təmsilçilərimizdən ən yüksək nəticəyə “Sərhədçi” klubunun yetirməsi Elcan Alıkişiyev imza atıb. Sərhəd qoşunlarının zabiti, əməkdar məşqçi Fuad Zeynalovun yetirməsi, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün birinci pilləsinə qalxıb.

“Sərhədçi” klubunun digər üzvləri Elşad Şahbazov, Vüsal Kazımov və Qəşəm Məmmədov fəxrü kürsünün 2-ci pilləsinə qalxıb. Təmsilçilərimizdən Uğur Hacızadə də yalnız finalda məğlub olaraq ikinciliklə kifayətlənib. Murad Babayevlə Lalə Mikayılova isə ən güclü üçlüyü tamamlayıblar. 

Qeyd edək ki, kikboksun WAKO versiyası üzrə Avropa kuboku uğrunda yarışda 23 ölkədən 2700 idmançı mübarizə aparıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə