"Bahar sevincləri" - VİDEO

Sağlamlıq imkanları məhdud olan uşaq və gənclərin sərgisi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin sosial müəssisələrinin sakinlərinin, əsasən də, sağlamlıq imkanları məhdud uşaq və gənclərin əl işlərindən ibarət “Bahar sevincləri” adlı sərgi və konsert proqramı təşkil olunub.

REAL xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak edib.

S.Babayev bu cür sərgilərin Nazirlik tərəfindən son bir il ərzində artıq 3-cü dəfədir ki, keçirildiyini bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaq və gənclərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılması istiqamətində tədbirlərin ildən-ilə genişləndirildiyini vurğulayıb.

Nazir deyib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sahəyə xüsusi dəstək göstərir, fond həssas qruplardan olan insanların qayğı və reabilitasiya tədbirləri ilə əhatə olunmasında yaxından iştirak edir.

S.Babayev Nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılmasının da Heydər Əliyev Fondunun müvafiq proqramı çərçivəsində reallaşdığını diqqətə çatdırıb.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən sosial müəssisə sakinləri, ictimai birliklər, Nazirliyin maliyyə dəstəyi göstərdiyi və himayəsində olan inklüziv teatr və yaradıcılıq birlikləri öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.

Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin əl işlərindən ibarət sərgiyə baxıb.

Əl işlərinin müəllifləri ilə söhbət edən Leyla Əliyeva onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra konsert proqramı təqdim edilib. Gözdən əlilliyi olan şəxslər Gülnar Rəhimova, Seymur Əliyev və Gülnar Novruzova mahnılar ifa edib, sağlamlıq imkanları məhdud uşaqlardan, eləcə də daun və autizm sindromlu, eşitmə qüsurlu uşaqlardan, əlilliyi olan şəxslərdən, hemofiliyalı uşaqlardan ibarət rəqs qruplarının çıxışları olub.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə