Kievin “Olimpiyskiy” stadionunda prezidentliyə namizədlərin debatları başlayıb

Kievin “Olimpiyskiy” stadionunda prezidentliyə namizədlərin debatları başlayıb

Zelenskiy ilə Poroşenko arasında gedən debatlarda tərəflər bir birini iuuham edirlər. 

Birinci başlayan Zelenskiy seçkilərə qatılmasının səbəbi kimi Poroşenkonun səhvlərini və gerçəkləşməyən vədlərini göstərib.

“Mən siyasətçi deyiləm. Mən bu sistemi sındırmaq üçün xalq içindən gələn sadə adamam”, - deyə Zelenskiy bildirib. 

Poroşenkoda öz növbəsində opponentini siyasətdə “diletant” adlandırıb.
“Pan Vladimir, siz azarkeş pilotun idarə etdiyi təyyarəyə minərdiniz mi?”, - Poroşenko ritorik sual verib. 

Debatları izləmək üçün stadiona 60 minə yaxın adam toplaşıb. Təhlükəsizliyi 10 min polis qoruyur. 

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də baş tutacaq. 

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə