Aleksandr Səmədov Bakıda keçiriləcək final oyununun səfiri olub

Aleksandr Səmədov Bakıda keçiriləcək final oyununun səfiri olub

UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfiri müəyyənləşib. 

REAL-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu, Rusiya milli komandasının heyətində 50-dən çox oyun keçirmiş Aleksandr Səmədovdur. 

Əslən azərbaycanlı futbolçu paytaxtımızda baş tutacaq həlledici qarşılaşmanın səfiri kimi aprelin 20-də və 21-də Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KİA Kubok Turu”nda iştirak edəcək.

Qeyd edək ki, Rusiyada paytaxtın “Dinamo”, “Lokomotiv”, “Spartak” və "Moskva" klublarının heyətində oynamış Səmədov hazırda Samaranın “Krılya Sovetov” komandasında çıxış edir. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə