Yasamalda mənzil siqaretdən yanıb

Yasamalda mənzil siqaretdən yanıb

Bakının Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsində yerləşən hündür mərtəbəli yaşayış evində yanğın baş verib.

REAL-ın ONA-ya istinadən xəbərinə görə, yanğın binanın 3-cü mərtəbəsində Muxtar Mollayevə məxsus mənzildə olub. 

Hadisə yerinə 5 yanğın söndürən maşın və 1 təcili tibbi yardım xidməti maşını cəlb edilib. Yanğınsöndürənlərin səyləri nəticəsində yanğın söndürülüb. 

Ev sahibi ONA-ya bildirib ki, yanğın baş verən zaman evdə heç kim olmayıb. Ehtimala görə, yanğına səbəb yuxarı mərtəbədən atılan siqaret kötüyü olub.

Eyvanda yanan konstruksiyaların olduğuna görə, alov tez vaxtda mənzilin içərisinə də keçib. Nəticədə 3 otaqlı mənzilin 2 otağı tam yanıb.    

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə