Qadağaya məhəl qoymayanlar - VİDEO

Qadağaya məhəl qoymayanlar - VİDEO
Bir siqaret yandırmaq 50 manata başa gələcək

Siqaret çəkən adamın onu atması sevindirici xəbərdi, bir halda ki, bu vida birdəfəlik olsun.

Hər qutunun açılması ən yaxşı halda külqabıda sönən 20 ədəd siqaret deməkdir. Tüstü xəncəri ilə özünəqəsd ictimai yerlərdə qadağan edilsə də qarşımıza çıxan siqaret kötükləri əks tablonu yaradır. Yol kənarlarında, insanların sıx olduğu yerlərdə, hətta dayanacaqlarda süpürülüb atılmağı gözləyən yüzlərlə siqaret kötüyünə rast gəlirik.

REAL xəbər verir ki, 2017-ci ildə tütündən olan məmulatların istifadəsinin məhdudlaşdırılması haqqında qanun qüvvəyə minib. Amma qüvvəyə minmiş qanun siqaret tüstüsündə görünməz olub. 
İnzibati Xətalar Məccələsinin 299-cu maddəsinə əsasən təyyarədə siqaret çəkən vətəndaş 100 manat cərimələnir. Qatarda çəkməyin xərci azdır. Cəmi 40 manat. Metroya daxil oldunuzsa 1 siqaret yandırmaq 50 manata başa gələcək. İndi gördünüz ki, siqaret çəkmək təkcə sağlamlığınıza ziyan deyil. 

İnzibati Xətalar Məccələsinin 212.2. maddəsi ilə müəssisələrdə, idarə və, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "Siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimələnəcək. Əgər hər hansı iaşə obyektində bu işarəyə məhəl qoyulmursa bu halda artıq sahibkar məsuliyyət daşımır.
Qanuna əsasən, siqaret tütün məmulatlarının bir növüdür. Bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur. Qanun bəzi yerlərdə sadəcə siqareti deyil, bütün tütün məmulatlarının çəkilməsini qadağan edir.
Cərimə tətbiq edən səlahiyyətli orqanlara gəlincə. Burada külli ixtiyar Fövqəladə Hallar və Daxili İşlər Nazirliyinə verilib. Əsasən, idarə, müəssisə və təşkilatlar barəsində inzibati cərimə tətbiq etmək səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə, fiziki şəxslər barəsində isə Daxili İşlər Nazirliyinə verilib verilib.

Cibinizdəki qara qutu sizə bol nikotinli tüstüdən başqa heç nə vəd etmir. Ən böyük problem isə özünüzü siqaretdən asılı hesab etməyinizdir. Tərgitmək üçün bəzən tərk etmək lazım olur, özü də havaya sovrulmamış. 

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə