Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təkliflər hazırlanacaq

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təkliflər hazırlanacaq

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə təkliflər hazırlayacaq.

REAL-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi”ndə əksini tapıb.

Nizamnaməyə əsasən, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin fəaliyyət istiqamətlərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərinə dair araşdırmalar aparmaq, o cümlədən münaqişənin həlli ilə bağlı siyasi, hüquqi, iqtisadi və digər problemlərin elmi tədqiqatını həyata keçirmək və onların həlli yolları barədə təkliflər hazırlamaq daxildir. Mərkəz dünyada və regionda cərəyan edən siyasi, ictimai, iqtisadi prosesləri öyrənmək, təhlil etmək və proqnozlaşdırmaq, xarici ölkələrlə ikitərəfli münasibətlərin vəziyyətinə və inkişaf perspektivlərinə dair tədqiqatlar aparmaq, bu sahədə elmi-analitik və proqnoz xarakterli təkliflər də hazırlayacaq. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müqavilə əsasında konsaltinq xidmətləri göstərə biləcək. Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

Mərkəzin ilkin nizamnamə fondu 100 min manatdır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə